25 C
Baku
27 İyul 2024, 4:28
Baş xəbərDünya

BMT: Taliban administrasiyasının Əfqanıstanda tiryək qadağası hasilatı 95 faiz azaldı

Bugun.tv xəbər verir ki,BMT-nin Narkotiklər və Cinayətlər İdarəsi Taliban administrasiyasının narkotik maddələrin, xüsusilə də xaşxaşın yetişdirilməsini, istifadəsini və ticarətini qadağan etməsindən sonra Əfqanıstanda xaşxaş becərilməsi və tiryək istehsalının ötən illə müqayisədə 95 faiz azaldığını bildirib.
Anadolu aa” nın məlumatında bildirilir ki, BMT: Taliban administrasiyasının Əfqanıstanda tiryək qadağası hasilatı 95 faiz azaldıb.
Qərargahı Avstriyanın paytaxtı Vyanada yerləşən Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) Taliban administrasiyasının qadağasından sonra 2023-cü ildə Əfqanıstanda xaşxaş becərilməsi və tiryək istehsalına dair məlumatları ehtiva edən hesabat dərc edib. Hesabatda qeyd olunub ki, sözügedən qadağadan sonra xaşxaş əkilən kənd təsərrüfatı torpaqları və buna paralel olaraq ölkə üzrə tiryək istehsalı 95 faiz azalıb. Hesabatda 2022-ci ildə 200 min hektarı keçən xaşxaş əkini sahəsinin 2023-cü ildə 10 min 800 hektara, tiryək istehsalının isə paralel olaraq 6 min 200 tondan 333 tona düşdüyü bildirilib. Əfqanıstanda əyalətlərin yarısından çoxunda xaşxaş becərilməsinin olmadığı və ya cüzi səviyyədə olduğu qeyd edilsə də, fermerlər alternativ axtarışa getdikcə buğda becərilməsinin də eyni şəkildə artdığı bildirildi. Taliban administrasiyası 2022-ci ilin aprel ayında xaşxaş da daxil olmaqla “hər cür sərxoşedici dərmanların” yetişdirilməsini, istifadəsini və ticarətini qadağan edib, sonra isə sərt tədbirlər görüb.

İntizar Əmirova

Oxşar xəbərlər

E.Mirzəbəyli: “Belə bir təxribat gözlənilən idi”

Bugün TV

“Böyük bir zövqsüzlük dalğası “kütlə zövqünü” formalaşdırır” – Maya İmran yazır…

Bugün TV

Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu