Baş xəbər

BMT TŞ: Təhlükəsiz gəmiçilik qlobal rifahın mühüm amilidir

Bugun.tv xəbər verir ki, dəniz yollarında təhlükəsizliyin təmini, eyni zamanda, ortaya çıxan problemlərin həlli BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Panamanın təşəbbüsü ilə çağırılan iclasında müzakirələrin diqqət mərkəzində olub. Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqes iclasda bildirib ki, keçən il cəmi 1,9 milyon dənizçidən ibarət işçi qüvvəsi 12,3 milyard tondan çox mal daşıyıb və bu, mahiyyətcə “qlobal ticarəti ayaqda saxlayıb”. Onun sözlərinə görə, dəniz sektoru geosiyasi problemlər qarşısında qeyri-adi dərəcədə dayanıqlı olduğunu sübut edib. “Lakin bu vəziyyət heç də məmnunluq üçün əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, gəmiçilik sektorunun təhlükəsizliyi iqtisadi sabitlik, davamlı inkişafı və yaşayış vasitələri üçün əsasdır”. BMT TŞ-də qeyd olunub ki, hələ də gəmiçilik sektoruna təhdidlər çoxdur. Təkcə 2024-cü ildə təxminən 150 dəniz quldurluğu və silahlı soyğunçuluq hadisəsi qeydə alınıb. Beynəlxalq Kriminal Polis Təşkilatının (INTERPOL) məlumatına görə, Cənub-Şərqi Asiya kimi bəzi bölgələrdə insidentlər artmaqda davam edir. Eyni zamanda, Qəzza zolağında gedən müharibə fonunda Qırmızı dənizdə üzən beynəlxalq gəmilər də hücuma məruz qalıb. Bununla yanaşı, narkotiklər, nəsli kəsilməkdə olan canlı təbiət və qorunan ağaclar da daxil olmaqla qaçaqmalçılıq kateqoriyasına aid olan malların ticarəti davam edir və mütəşəkkil cinayətkar qruplar öz əməliyyatlarını maliyyələşdirmək üçün silahları, əməliyyatçıları və qeyri-qanuni malları daşımaq məqsədilə cinayətkar tədarük zəncirlərindən istifadə edirlər.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Naxçıvan Azərbaycanın yeni geosiyasi xəritəsində strateji qovşağa çevrilir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu