Baş xəbərDünya

BMT tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edildi

Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Olgin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edilib.

Bugun.tv xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda Türk tərəfinin şəxsi nümayəndənin mandatının adada iki tərəf arasında yeni rəsmi həll danışıqlarının başlanması ilə bağlı ümumi fikirlərin olub-olmadığını araşdırmaqla məhdudlaşması və nümayəndənin mandat müddətinin altı aydan çox olmaması şərtilə sözügedən təyinata razılıq verildiyi bildirilir.

Qeyd edilib ki, mahiyyət etibarilə adada iki tərəf arasında ortaq nöqtənin olmaması BMT Baş katibinin hesabatlarında da öz əksini tapıb.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ İranın yeni liderinin seçilməsində birbaşa rol oynamalıdır

Aynur Camal

İranın Azərbaycana qarşı addımları qəbuledilməzdir – Vüqar Bayramov

Aynur Camal

Portuqaliya biomüxtəlifliyi qorumadığı üçün Aİ məhkəməsi tərəfindən 10 milyon avro cərimələnib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu