Baş xəbərDünya

BMT Ukraynaya 3,32 milyard dollar yardım çağırır

BMT Ukraynadakı müharibədən zərər çəkənlərə və ukraynalı qaçqınlara dəstək üçün 3,32 milyard dollar yardım istəyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2025-ci il üçün “Ukrayna regional qaçqın və humanitar cavab planı”nı işə salıb. Dərc edilmiş hesabatda Ukraynada və sərhəddən kənarda böhrandan təsirlənən 8,2 milyon insanı dəstəkləmək üçün 2025-ci il üçün 3,32 milyard dollar yardım tələb olunur.

Hesabat 2025-ci ildə kritik humanitar səylərin davam etdirilməsi üçün beynəlxalq həmrəyliyin əhəmiyyətini çatdırır və bildirir ki, Ukraynadakı humanitar təşkilatlar 2025-ci ildə 6 milyon insana qida, səhiyyə, sığınacaq, pul yardımı, təhsil, müdafiə və fövqəladə hallarda digər mühüm xidmətlər göstərəcək.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanlar niyə sosial şəbəkələrdə ulduzların həyatını izləyir?

Aynur Camal

Səhərdən bəri İsrailin hücumlarında 100 nəfər ölüb

Aynur Camal

“Çin-Tayvan münaqişəsi bütün dünyaya təsir edəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu