Dünya

BMT xəbərdarlıq edir: Son 10 ildə dəniz səviyyəsinin qalxma sürəti iki dəfə artıb

Bugun.tv xəbər verir ki, BMT-nin yeni hesabatında dünya okeanlarının ciddi təzyiq altında olduğu və son on ildə dəniz səviyyəsinin qalxma sürətinin iki dəfə artdığı bildirilib.

Hesabata görə, 2015-ci ildən əvvəl dəniz səviyyəsi ildə orta hesabla 2 millimetr yüksəlirdisə, 2023-cü ildə bu göstərici 4,3 millimetrə çatıb.

Mütəxəssislər bunu iqlim dəyişikliyi, okeanların isinməsi, buzlaqların əriməsi və insan fəaliyyətinin təsirləri ilə əlaqələndirirlər.

BMT-nin Dünya Okeanlarının Qiymətləndirilməsi hesabatında qeyd olunur ki, okeanlar artıq insan fəaliyyəti nəticəsində yaranan artıq istiliyin təxminən 90 faizini və karbon qazı emissiyalarının 30 faizini udur. Bununla belə, çirklənmə, sənaye balıqçılığı və iqlim böhranı dəniz ekosistemlərinə ciddi zərər vurur.

Alimlər bildirirlər ki, dəniz səviyyəsinin yüksəlməsi xüsusilə sahilyanı bölgələr üçün böyük təhlükə yaradır. Hazırda dünya əhalisinin üçdə birindən çoxu sahil zonalarında yaşayır və milyonlarla insan daşqın riski ilə üz-üzə qala bilər.

Hesabatda hökumətlərə və beynəlxalq təşkilatlara okeanların qorunması, çirklənmənin azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizənin gücləndirilməsi çağırışı edilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında tədbirlər görülməzsə, bəzi dəyişikliklər geri dönməz xarakter ala bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Zelenski: Rusiya təcrid olunub və tək qalıb

Aynur Camal

Trump: İran Hörmüz boğazında patrul edən helikopterimizi vurub

Aynur Camal

Putin: Qərbin sanksiyaları qlobal iqtisadiyyata zərər vurur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu