23 C
Baku
10 İyun 2025, 1:11
Baş xəbərİdman

Boksçular dünya çempionatını iki medalla başa vurublar

Bugun.tv Boks Federasiyasından aldığı məlumata görə, Azərbaycan boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında final döyüşünü keçirib. Çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə qarşılaşıb.

Məlumata əsasən döyüş rəqibin qələbəsi ilə başa çatdığından boksçumuz dünya çempionatını gümüş medalla başa vurub.

Alfonso Dominqes Ş.Atayevədək ardıcıl olaraq Bill Makallister (Avstraliya), Şoxcahon Abdullayev (Özbəkistan) və Georgi Kuşitaşvilini (Gürcüstan) məğlub edib.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını iki medalla başa vurub. A.Dominqesdən əvvəl Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, mükafat fondu 5,2 milyon ABŞ dolları olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin İBA-nın xüsusi kəməri də təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

Ə.Əsədov Soçidə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib

Aynur Camal

“MEDİA-Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı 

Kəmalə Sultan

Meşə yanğını baş verdi: Hava və quru müdaxiləsi davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu