Image default
Dünya

Bomba çaxnaşması! 1100 nəfər təxliyə edildi

Hollandiyanın Rotterdam şəhərində bomba panikası yaşanıb. Binanın 8 metr altından İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb. İngiltərə, Almaniya və Polşa kimi ölkələrdə meydana gələn bomba panikası bu dəfə Hollandiyada çaşqınlıq yaradıb. Rotterdamın Claes de Vrieselaan rayonunda binanın 8 metr altından İkinci Dünya Müharibəsi dövrünə aid bomba aşkar edilib.

Bombanın partlamaması böyük qorxuya səbəb olub. Bölgədə ciddi təhlükəsizlik tədbirləri görülüb. 1100 nəfər evlərindən təxliyə edilib.

Ərazi sakinləri təxliyyə edildikdən sonra Müdafiə Partlayıcı Sursatların Zərərsizləşdirilməsi Xidməti bombanı zərərsizləşdirib və oradan çıxarma işlərini həyata keçirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

NYT: İran ABŞ-ın atəşkəs təklifini rədd etdi

Aynur Camal

BMT Baş katibi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır

Aynur Camal

Təlim zamanı döyüş təyyarəsi qəzaya uğradı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu