25 C
Baku
27 İyul 2024, 5:06
Texnologiya

Boom XB-1 ilk uçuşunu həyata keçirdi

Bugun.tv xəbər verir ki, Uzun gecikmələrdən sonra Boom Supersonic şirkəti “XB-1” adlı səsdən sürətli təyyarəsini sınaqadan keçirib. O 55 sərnişin tutumuna malik olacaq. Bundan əlavə, yeni səsdən sürətli reaktiv təyyarənin sürəti saatda 2300 kilometrə çatacaq. Bu rəqəm səs sürətindən təxminən iki dəfə çoxdur.

XB-1-in sınaqdan keçirilməsində məqsəd Overture modelini inkişaf etdirməkdir. Belə ki, ABŞ-ın Boom Supersonic şirkəti tərəfindən hazırlanmış dünyanın ən sürətli təyyarəsi olan Overture 2027-ci ildə səmaya qalxacaq. XB-1 sınaqları uğurlu olarsa, Overture 2026-cı ildə yoxlamadan sonra təyyarə isə 2027-ci ildə ilk uçuşunu gerçəkləşdirəcək. 2029-cu ildə isə kommersiya məqsədi ilə sərnişin uçuşlarına başlanılacaq. Ən əsası, Overture zəhlətökən səs-küyü ilə tanınan orijinal Concorde-dan daha sakit fövqəlsəs bumuna malik olacaq.

Boom, yeni təyyarənin 2030-cu ilin əvvəlində kommersiya uçuşlarına hazır olacağını və Virgin Atlantic və Japan Airines-in əvvəlcədən sifariş verdiyini açıqlamışdı.

Teymur Əziz

Oxşar xəbərlər

Tesla yeni idman elektromobilini buraxacaq

Bugün TV

“İnstagram”dan növbəti yenilik gəlir!

Teymur Əziz

Xiaomi 14 Ultra dizaynı və texniki xüsusiyyətləri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu