14 C
Baku
22 Noyabr 2024, 6:38
Baş xəbərDünya

Boris Conson yenidən baş nazir olacaqmı?

Bugün.tv Tass-a istinadən bildirir ki, Böyük Britaniyanın Baş naziri postuna namizəd seçimi davam edir. Keçmiş nazir Boris Conson 102 nəfərin içindən seçilsədə, bunu qəbul etməyib.

Onun geri çəkilməsi bu gün Downing Street-in açarlarını götürmək şansı olan Rishi Sunak üçün yolu açıq qoyub.

Öz ifadəsində cənab Johnson “102 namizədlikdən ibarət çox yüksək maneəni keçdiyini” söylədi, lakin “bu, sadəcə olaraq, mənim üçün uyğun vaxt deyil”- deyib.

Cavab olaraq, cənab Sunak Tvitter hesabında yazıb: “Baxmayaraq ki, o, yenidən Baş nazirliyə namizəd olmamaq qərarına gəlsə də, həqiqətən ümid edirəm ki, o, ölkədə və xaricdə ictimai həyata töhfə verməyə davam edəcək”.

Qeyd edək ki, Boris Consonun müttəfiqi, deputat Ceyms Dadric isə deyib ki, keçmiş diplomat Baş nazir postu üçün yarışmaq niyyətindədir.

Xatırladaq ki, hökumət başçısı olmağa əsas namizədlər arasında keçmiş maliyyə naziri Ruşi Sunak və 2019-cu idə krallıq tarixində ilk qadın müdafiə naziri olmuş Penni Mordauntun da adları hallanır. Penni Mordaunt Mühafizəkarlar Partiyasının yeni lider axtarışına başladığını qeyd edərək namizədliyinin irəli sürülməsini istəmədiyini söyləyib.

Böyük Britaniyanın indiki müdafiə naziri Ben Uolles isə namizədliyini irəli sürməyərək hələ ki Boris Consonu dəstəkləyəcəyini vurğulayıb.

Sonuncu dəfə seçilən Liz Trass isə oktyabrın 20-də iqtisadi proqramını həyata keçirə bilmədiyi üçün istefa verib.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanın səhiyyə naziri Türkiyəli həmkarını təbrik etdi

Nigar Məmmədova

Ramazanda qidalanarkən nələrə diqqət edək?

Bugün TV

Qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu