35 C
Baku
20 İyul 2025, 11:23
Baş xəbərDünya

Boris qasırğası həyatı iflic etdi! Təbii fəlakət vəziyyəti elan edildi

Polşanın cənubunda təsirli olan “Boris” qasırğası bölgəni daşqınlarla vurub. Təbii fəlakətdən sonra hakimiyyət fövqəladə vəziyyət elan edib.

Polşa “Boris” qasırğasının nəticələrinin öhdəsindən gəlməyə çalışır. Baş nazir Donald Tusk ölkənin cənub və cənub-qərb bölgələrini vuran qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Baş nazir Tusk mümkün təbii fəlakətlərin nəticələrinin qarşısını almaq və qasırğanın vurduğu ziyanı aradan qaldırmaq üçün bu qərarı qəbul etdiklərini bildirib. O, dəymiş ziyanın ödənilməsi üçün Avropa İttifaqından (Aİ) maliyyə dəstəyi istəyəcəklərini də bəyan edib.

“Fövqəladə vəziyyət” çərçivəsində sel və daşqınlardan zərər çəkmiş ərazilərdə maksimum 30 gün müddətinə fərdi hüquq və azadlıqlara müvəqqəti məhdudiyyətlər tətbiq oluna biləcəyi açıqlanıb.

Dünəndən etibarən Polşanın cənubunda yağan aramsız yağışlar nəticəsində çoxlu çaylar daşıb, onlarla yaşayış məntəqəsi, o cümlədən Stronie Slaskie, Klodzka, Qlucholazy, Ladek Zdroj, Bielsko Biala su altında qalıb. Stronie Slaskiedəki bəndin divarı və Qlukolazi şəhərindəki körpü dağıdılıb. Klodzko və Bielsko Biala şəhərlərində iki nəfəri sel suları apararaq ölüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Vulkan püskürməsi baş verdi

Bugün TV

Meşə sahəsində baş verən yanğın söndürüldü

Bugün TV

Leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri 115 nəfərin həyatına son qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu