Dünya

Əfqanıstan Pakistanla sərhəddə əməliyyata başladığını açıqlayıb

TOLOnews telekanalının Əfqanıstan Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, Əfqanıstan hərbçiləri Pakistanla sərhəddə — Dyurand xətti boyunca Xost, Paktia, Nuristan və digər bölgələrdə əməliyyatlara başlayıb.

Məlumata əsasən, Əfqanıstan qüvvələri Nanqarhar və Kunar vilayətləri istiqamətində Pakistan qüvvələrinə məxsus səkkiz postu ələ keçirdiyini iddia edir.

Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid əməliyyatın Pakistan hərbi dairələrinin hərəkətlərinə cavab olaraq başladıldığını bildirib.

Bundan iki gün əvvəl sərhəd zonasında silahlı toqquşmaların baş verdiyi xəbər verilmişdi.

Əfqan tərəfi Pakistan qüvvələrinin atəş açdığını və cavab verildiyini bildirsə də, Pakistan hökuməti əksinə, ilk atəşin Taliban tərəfindən açıldığını bəyan edib.

Həftəsonu Pakistanın Əfqanıstan ərazisinə aviazərbələr endirdiyi də açıqlanıb. Al Jazeera kanalının məlumatına görə, İslamabad Nanqarhar və Paktika vilayətlərində zərbələr endirərək ən azı 80 silahlının məhv edildiyini bildirib.

Kabil isə bu iddiaları rədd edib və zərbələrin dini məktəb və yaşayış evlərinə düşdüyünü, qadın və uşaqlar da daxil olmaqla onlarla mülki şəxsin həlak olduğunu açıqlayıb. Əfqan mənbələrinə görə, təkcə Nanqarharda azı 17 nəfər həyatını itirib.

Hadisə ilə bağlı tərəflərin açıqlamaları bir-birini təkzib edir və bölgədə gərginlik davam edir.

Mənbə:  Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bələdiyyə sədrini elektrikli velosiped vurdu – şəhərin bəzi küçələrində velosiped sürmək qadağan edildi

Aynur Camal

Meloni: Boyun əyən İtaliya fikrinə qarşıyam

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu