4 C
Baku
15 Yanvar 2026, 4:50
Baş xəbər

“Boş Yer” adlı bədii filmin təqdimatı kecirildi

Bugun.tv – xəbər verir ki, Nizami Kino Mərkəzində Azərbaycanın kino mühitində ilk dəfə olaraq tam yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı “Boş Yer” adlı bədii filmin təqdimatı keçirilib.

Bu barədə Millət vəkili Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.

O, bildirib ki, Film Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istehsal olunub. Rejissoru Mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, istedadlı kinorejissor Rəhman Fürqətoğludur. Layihə peşə təhsilinin praktik nəticələrinin, gənclərin yaradıcılıq bacarıqlarının və müstəqil şəkildə böyük işlər görmək potensialının parlaq nümunəsidir.

“Boş Yer” filmi həm məzmunu, həm də istehsal prosesi ilə gənclərin əzminin, yaradıcılığının və milli kino sənətinə olan sevginin təcəssümüdür. Gənclərin bu kimi təşəbbüsləri ölkəmizdə yaradıcılıq ixtisaslarının inkişafına və yeni nəsil kino mütəxəssislərinin formalaşmasına mühüm töhfə verir.

Filmin yaradıcı kollektivini səmimi qəlbdən təbrik edir, gələcək layihələrində daha böyük uğurlar arzulayıram.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu