Son zamanlar boşanma hallarının sayında ciddi artım var. Buna səbəb nədir? Bugun.tv əməkdaşları boşanma hallarının artması ilə bağlı şəhərdə sorğu keçirib. Paytaxt sakinlərinin sakinlərin fikirləri müxtəlif olub.
“Bir-birlərini başa düşməzlikdən irəli gəlir. Ən əsası kənar şəxslərin ailəyə müdaxiləsi nəticəsində boşanma səbəbinə yol açır”.
“Bir maddi cəhətdən boşanırlar, bir də ki, bir-birlərini anlamırlar. Gərək qarşılıqlı hörmət olsun. Ən çox da işsizlikdən olur”.“Düşünürəm ki, hər iki fərd arasında qarşılıqlı anlayış, hörmət olmalıdır. Cəmiyyətimizdə baxırsan insanlar 2 ay evli qalıb, sonra boşanırlar. Hətta 1 həftə evli qalıb boşananlar var. Məncə, evlənməzdən əvvəl hər bir fərd evliliyə hazır olub-olmadığından əmin olmalıdırlar. Boşanmanın səbəbi düşünürəm ki, xəyanətdir”.
“Gənclər bir birlərini düzgün seçmirlər. İşsizlikdi, qazanc olmur. Ailədə münaqişə başlayır. Buna görə də boşanma halları baş verir”.
“Əslində müdriklərdə bir kəlam var ki, həyat yoldaşını səhv seçmək bütün həyatını uduzmaq deməkdir. Bu fikirlə razıyam. Boşanmalara da pis baxmıram. Yəni illərlə “insanlar nə deyər” düşünərək məyus halda yaşamaqdansa, boşanmaq heç də pis bir şey deyil. Mənim fikrim budur”,- paytaxt sakinləri nikahın hansı səbəbdən pozulması ilə bağlı sualı belə cavablandırıblar.
Müxbirlər: Arzu İbrahimova
Qaytən Qasımzadə