Sosial

Botanika İnstitutunun doktorantı Hacettepe Universitetində elmi ezamiyyətdə olub

AR ETN Botanika İnstitutunun doktorantı Aynur Mehdiyeva Türkiyənin Hacettepe Universitetində elmi ezamiyyətdə olub.

Bugun.tv– xəbər verir ki, ezamiyyət müddətində Aynur Mehdiyeva palinoloji analizlərin aparılması metodologiyasını mənimsəyərək bu sahədə nəzəri və praktiki biliklərini artırıb. O, dissertasiya işi üzrə tədqiq etdiyi mübahisəli bitki növlərinin palinoloji analizlərini həyata keçirib, əldə olunan nəticələr əsasında həmin növlərin sistematik mövqeyinin dəqiqləşdirilməsi üçün araşdırmalar aparıb.

Tədqiqatlara Hacettepe Universitetinin dosenti, doktor Gülşən Zare elmi rəhbərlik edib.

Qeyd edək ki, Botanika İnstitutu ilə Hacettepe Universiteti arasında mövcud elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi ezamiyyət doktorantın dissertasiya işinin yerinə yetirilməsində müasir analiz metodlarından istifadə imkanlarını genişləndirib.

Mənbə: Botanika.az

Bugün TV

Oxşar xəbərlər

Təzə paltar qoxusu insanları ikinci əl mağazasında daha çox xərcləməyə vadar edir

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu