Dünya

Dünyanın ən gözəl sözü seçildi: Siyahıya türk dilindən “yakamoz” da daxil oldu

Dil öyrənmə platforması Babbel 75 dildən 223 sözü əhatə edən araşdırmanın nəticələrini açıqlayıb. Dilçilər, yazıçılar və mədəniyyət sahəsində çalışan mütəxəssislər sözləri səslənişi, mənası, mədəni əhəmiyyəti və fərqləndirici xüsusiyyətlərinə görə qiymətləndiriblər.

Araşdırmanın nəticəsinə əsasən, dünyanın ən gözəl sözü Yeni Zelandiyanın maori dilindəki “kaitiakitanga” seçilib. Bu söz torpağın, suyun və bütün canlıların qorunmasını, təbiətin gələcək nəsillər naminə məsuliyyətlə mühafizə edilməsini ifadə edir.

15 sözdən ibarət qısa siyahıda türk dilindən “yakamoz” sözü də yer alıb. Babbel bu sözü “Ay işığının su səthində yaratdığı gümüşü parıltı” kimi izah edib. Mütəxəssislər bildiriblər ki, “yakamoz” tək bir sözlə güclü vizual təsvir yaratdığı və ahəngdar səslənişə malik olduğu üçün siyahıya daxil edilib.

Siyahıda eyni zamanda yapon dilindən “ikigai” və “kintsugi”, portuqal dilindən “saudade”, uels dilindən “hiraeth”, ispan dilindən “ojalá” və digər dillərə məxsus unikal sözlər də yer alıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Rusiya ilə Ukrayna arasında böyük razılaşma əldə oluna bilər

Aynur Camal

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu