28 C
Baku
9 İyul 2025, 12:20
Baş xəbərDünya

Botsvana Almaniyanı hədələdi! Bu ölkəyə 20 min fil göndərəcəyini dedi!

Bugun.tv xəbər verir ki, dünyanın ən çox fil əhalisinə malik ölkəsi Botsvananın prezidenti Mokgweetsi Masisi, fil ovunun qarşısını almaq üçün ov ləvazimatlarının satışına məhdudiyyətlər qoymaq istəyən Almaniyaya 20 min fil göndərməklə hədələyib.

Belə ki, Masisi, Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib. Təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasının partladığına diqqət çəkən Masisi, heyvan sürülərinin mülklərə və məhsullara zərər verdiyini, insanların ölümünə səbəb olduğunu bildirib.

“Berlində oturub Botsvanadakı problemlərimiz haqqında fikir sahibi olmaq çox asandır”, – Masisi deyib.

Botsvananın indiki fil sayını azaltmaq üçün Anqolaya artıq 8 min fil verdiyini xatırladan Masisi, qorumaqla bağlı fəaliyyətlərə davam etsələr, Almaniyaya 20 min fil göndərəcəyini və bunun bir zarafat olmadığını vurğulayıb.  “Yox” cavabını qəbul etməyəcəklərini bildirib.

İntizar Əmirova

Oxşar xəbərlər

Klinikaların birində oğurluq hadisəsi baş verdi 

Kəmalə Sultan

Təyyarəyə ildırım düşdü! O, dərhal cavab verdi

Aynur Camal

Rusiya Böyük Britaniyanın müdafiə attaşesini deportasiya etmək qərarına gəlib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu