16 C
Baku
28 Mart 2024, 15:46
Baş xəbərMədəniyyət

Böyük bəstəkar Qara Qarayevin anadan olmasının 105-ci ildönümü tamam oldu

Fevralın 5-də böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci ildönümü tamam oldu.

Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

Anım mərasimində mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi və digər qonaqlar iştirak ediblər.

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. O, həmçinin böyük bir bəstəkarlıq məktəbi yaradıb. Həmin məktəbin yetirmələri bu gün Azərbaycan musiqisinin dünyaya tanıdılmasına öz töhfələrini verirlər.

Qara Qarayevin hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Bəstəkarın mütəfəkkir şair Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri müəllifinə dünya şöhrəti qazandırıb. Müəllifin “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, həmçinin Cövdət Hacıyevlə birlikdə “Vətən” operasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, romans və kantatalar yazan Qara Qarayev “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına ölməz musiqilər bəstələyib.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Nigar Məmmədova

“Meduza” hitinin müəllifi musiqi karyerasını bitirmək qərarına gəldi

Bugün TV

Avtobusda olan sərnişinin çamadanından 12 kiloqram narkotik vasitə aşkarlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu