Dünya

Böyük Britaniya iranlı jurnalistə hücumla bağlı İranın yüksək vəzifəli diplomatını XİN-ə çağırıb

Böyük Britaniya hökuməti Londonda iranlı jurnalistə qarşı törədilən bıçaqlı hücumla bağlı İranın Londondakı ən yüksək vəzifəli diplomatı – müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu addım ötən həftə 2024-cü ildə baş vermiş hücumda iştirak etdikləri müəyyən edilən Rumıniya vətəndaşları – 21 yaşlı Nandito Badea və 25 yaşlı Corc Stanaya müvafiq olaraq 8 və 12 il həbs cəzası verilməsindən sonra atılıb.

Britaniya prokurorları onların İran hökumətinin nümayəndələri kimi fəaliyyət göstərdiklərini bildirib. Təqsirləndirilən şəxslər qəsdən ağır bədən xəsarəti yetirmək ittihamını qəbul etməsələr də, iyun ayında Londonun Vulviç Tac Məhkəməsi tərəfindən təqsirli biliniblər.

Hücuma məruz qalan İran əsilli britaniyalı jurnalist Puria Zeraati (Pouria Zaratifoukolaei) 2024-cü ilin mart ayında Londonun cənub-qərbində yerləşən evinin yaxınlığında ayağından üç dəfə bıçaqlanmışdı. O, farsdilli Iran International televiziya kanalında çalışır.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, məhkəmə hakimi bu hücumun İran dövlətinin maraqları naminə və onun adından həyata keçirildiyi qənaətinə gəlib. Nazirliyin bəyanatında qeyd olunub ki, bu hadisə İran kəşfiyyat xidmətlərinin Böyük Britaniya ərazisində uzun müddətdir davam edən düşmənçilik fəaliyyətinin növbəti nümunəsidir.

Rəsmi London İranın bu cür fəaliyyətlərinin Böyük Britaniyanın suverenliyi və təhlükəsizliyinə təhdid yaratdığını vurğulayaraq, Tehranı bu addımlara dərhal son qoymağa çağırıb.

İranın Londondakı səfirliyi isə ittihamları əsassız, siyasi motivli və düşmənçilik xarakterli adlandıraraq rədd edib.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu