11 C
Baku
20 Mart 2023, 22:24
Baş xəbərSosial

Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə keçirilən təlim kursunda sertifikatlar təqdim olunub – VİDEO

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari ilin 23 yanvar – 2 fevral tarixlərində Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə “Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu” keçirilib.

Bu barədə Bugun.tv-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin rəhbər heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən hərbi attaşelik aparatının nümayəndələrinin, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər keçirilən kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, Azərbaycan ilə Birləşmiş Krallıq arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd olunub. Kurs müddətində dinləyicilər tərəfindən əldə olunan bilik və bacarıqların işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində tətbiq olunacağına əminlik ifadə edilib.

Sonda xatirə şəkili çəkdirilib.

Oxşar xəbərlər

Dünya bazarlarında neftin qiyməti aşağı düşüb

Sabina Uğur

Moskva və Vaşinqton yeni səfirin gəlişindən sonra məsləhətləşmələri bərpa edə bilər

Nigar Məmmədova

Görmə məhdudiyyətli insanlar audiokitabdan yararlanırlar

Könül Kərimova

Şərh yazın