18 C
Baku
23 Oktyabr 2025, 19:30
Baş xəbərDünya

Böyük Britaniyanın baş naziri Sunak və ABŞ prezidenti Bayden Şimali İrlandiyada görüşüdü

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Bayden Şimali İrlandiyanın paytaxtı Belfastda Belfast Sazişinin 25-ci ildönümü münasibətilə bir araya gəliblər.

Baydenlə görüşdükdən sonra Sunak Tvitter hesabında ABŞ prezidentini razılaşmanın 25-ci ildönümündə Belfastda qəbul etməkdən məmnun olduğunu bildirib.

“Mənim diqqətim burada və Böyük Britaniyada insanlar üçün daha yaxşı gələcək qurmaqdır” – nazir deyib.

Bayden Şimali İrlandiya xalqına: “Hər addımda sizinlə olduq və indi də varıq”.

ABŞ prezidenti Bayden də görüşdən sonra Tvitter hesabında Belfastda olmaqdan və Şimali İrlandiyaya sülh və firavanlıq gətirən razılaşmanın 25-ci ildönümünü qeyd etməkdən məmnun olduğunu bildirib.

“Mən Şimali İrlandiyanın böyük potensialını açmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm” Bayden vurğulayıb.

Bu sazişin bəzən nə qədər çətinliklə əldə edilən sülh olduğunu unudulduğuna diqqət çəkən Bayden, razılaşmanın dünyanın siyasi ağırlığını dəyişdiyini vurğuladı.

“Mən istəyirəm ki, Şimali İrlandiya xalqı bilsin ki, biz hər addımda sizinləyik və indi də yanınızdayıq”, – ABŞ prezidenti bildirib.

Xatırladılıb ki, Britaniya İmperiyasının ilk müstəmləkəsi olan İrlandiya adasından Britaniya İmperiyasının bir hissəsi olan Şimali İrlandiya 1960-cı illərdən 1998-ci ilə qədər İngiltərə ilə ittifaq tərəfdarı olan katolik separatçıları və protestantlar arasında qarşıdurmalara və terror hadisələrinə səhnə olub. 40 ili əhatə edən “Problemlər” kimi tanınan illərdə terror hadisələri nəticəsində 3500 insan həyatını itirib.

Ada yalnız 1998-ci ildə imzalanan “Yaxşı Cümə Sazişi” ilə sakit olsa da, Şimali İrlandiyada münaqişə tərəflərinin ortaqlığına əsaslanan regional hökumətin yaradılması razılaşdırıldı.

“Belfast sazişi” kimi də tanınan mətnlər bu gün Şimali İrlandiyada qüvvədə olan regional hökumətin əsasını təşkil edir.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Britaniya vətəndaşının döyməsi yanlış olaraq ABŞ-da dəstəyə aid olduğu bildirildi

Aynur Camal

Regionlarda ekoloji maarifləndirmə kampaniyasının ilk tədbiri baş tutub

Aynur Camal

Fransada qaz və elektrik enerjisinə tətbiq olunan əlavə dəyər vergisi artırıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu