12 C
Baku
24 Mart 2026, 13:15
Dünya

Böyük Britaniyanın HMS Dragon döyüş gəmisi Şərqi Aralıq dənizinə göndərildi

Böyük Britaniyanın Kral Donanmasına məxsus HMS Dragon döyüş gəmisi Şərqi Aralıq dənizinə çataraq əməliyyat hazırlıqlarına başlayıb. Gəminin Cənubi Kipr sahilləri yaxınlığında yerləşdirilməsi planlaşdırılır.

Məlumata görə, Type 45 sinfinə aid esmines bölgədə müttəfiqlərlə koordinasiyalı şəkildə müdafiə tapşırıqlarında iştirak edəcək və Kiprin müdafiə sisteminə inteqrasiya olunacaq.

Böyük Britaniyanın müdafiə naziri John Healey bildirib ki, gəmi RAF Akrotiri bazası istiqamətinə göndərilib və artıq müttəfiqlərlə birgə fəaliyyət mərhələsi başlayıb. Onun sözlərinə görə, bu addım bölgədə son dövrlər artan gərginlik, xüsusilə İranın hərbi obyektlərə yönəlik təhdidləri ilə əlaqələndirilir.

Nazir qeyd edib ki, Kiprdə əlavə hava müdafiə qüvvələri yerləşdirilib və bölgədə ABŞ, Fransa və Yunanıstan kimi müttəfiqlərlə koordinasiya gücləndirilir. Son dövrlərdə bölgədə hərbi aktivliyin əhəmiyyətli dərəcədə artdığı bildirilir.

Texniki xüsusiyyətlərinə görə HMS Dragon 152 metr uzunluğunda, 8 500 ton ağırlığında olub, “Sea Viper” hava müdafiə sistemi ilə təchiz edilib. Gəmi eyni anda bir neçə hədəfi izləyə və raket zərbələri endirə bilir.

Rəsmi London həmçinin Hörmüz boğazı ətrafında təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-la koordinasiyalı fəaliyyət göstərdiyini açıqlayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Trampın İrana qarşı “TACO əməliyyatı” planı sual altındadır

Aynur Camal

İsrail mediası: Tramp müharibəni 9 apreldə bitirməyi planlaşdırır

Aynur Camal

ABŞ-da neft emalı zavodunda partlayış baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu