18 C
Baku
23 Oktyabr 2025, 5:20
Baş xəbərSosial

“Böyük Qayıdış” adlı aksiya keçirildi

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdərə rayonunun Talış kəndində Səyyar Klinika vasitəsilə əhali üçün oftalmoloji tibbi müayinələr təşkil olunub. Aksiya “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilib.

Bugun.tv -yə daxil olan məlumata görə, aksiya zamanı 54 nəfər yerində müayinə olunub. Müayinələr nəticəsində refraksiya patologiyası, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və digər göz xəstəlikləri aşkar edilib.

Aksiyanın əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq, görmə problemlərini erkən mərhələdə aşkarlamaq və vaxtında tibbi müayinəyə şərait yaratmaqdır. Müayinələr, həmçinin görmə itkisinə səbəb ola biləcək xəstəliklərin qarşısının alınmasına və bu sahədə maarifləndirmənin artırılmasına xidmət edir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının həkimi Dr.Elçin Əsgərov və tibb bacıları Nuranə Məmmədova ilə Gülşən Hüseynova tərəfindən aparılıb. Aksiyada Səyyar Klinikanın baş həkimi Dr.Elçin Həsənov, mühəndis Tural Hüseynov və texniki heyət üzvləri Vasif Nəsirov və Vüsal Məmmədov da iştirak ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə də xidmət göstərən qlobal nəhəng 20 min adamı işdən çıxarır

Aynur Camal

E-sistem vasitəsilə xidmətlər göstərilir

Aynur Camal

Meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu