16.7 C
Baku
18 May 2025, 5:18
Baş xəbərSosial

“Böyük Qayıdış” adlı aksiya keçirildi

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdərə rayonunun Talış kəndində Səyyar Klinika vasitəsilə əhali üçün oftalmoloji tibbi müayinələr təşkil olunub. Aksiya “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirilib.

Bugun.tv -yə daxil olan məlumata görə, aksiya zamanı 54 nəfər yerində müayinə olunub. Müayinələr nəticəsində refraksiya patologiyası, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və digər göz xəstəlikləri aşkar edilib.

Aksiyanın əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq, görmə problemlərini erkən mərhələdə aşkarlamaq və vaxtında tibbi müayinəyə şərait yaratmaqdır. Müayinələr, həmçinin görmə itkisinə səbəb ola biləcək xəstəliklərin qarşısının alınmasına və bu sahədə maarifləndirmənin artırılmasına xidmət edir.

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının həkimi Dr.Elçin Əsgərov və tibb bacıları Nuranə Məmmədova ilə Gülşən Hüseynova tərəfindən aparılıb. Aksiyada Səyyar Klinikanın baş həkimi Dr.Elçin Həsənov, mühəndis Tural Hüseynov və texniki heyət üzvləri Vasif Nəsirov və Vüsal Məmmədov da iştirak ediblər.

Aynur Camal

Oxşar xəbərlər

Yük maşını minik avtomobilinə çırpıldı: Eyni ailədən 6 nəfər yaralandı

Bugün TV

“Milli Məclisə dəfələrlə çıxarılan bu məsələ, sadəcə müzakirə edilməməli, həlli istiqamətində konkret addımlar atılmalıdır”

Kəmalə Sultan

Nənə nəvələrini görmək hüququna necə nail ola bilər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu