Baş xəbərDünya

Böyük zəlzələ xəbərdarlığı! 298 min insanın ölümünə səbəb ola bilər

2011-ci ildə 9 ballıq zəlzələ və sunamidən sonra nüvə fəlakətinə səhnə olan Yaponiya hökuməti yeni hesabat dərc edib. Nəşr edilən hesabatda Sakit Okean sahillərindəki Nankay çuxurunda baş verə biləcək 9 bal gücündə zəlzələnin 298 min insanın ölümünə səbəb ola biləcəyi bildirilir.

2011-ci ildə 9 ballıq zəlzələ və sunamidən sonra nüvə fəlakətinə səhnə olan Yaponiyada mütəxəssislərin hazırladığı hesabatda yeni “meqa zəlzələ”nin daha böyük dağıntılara səbəb ola biləcəyi ortaya çıxıb.

Yaponiya Nazirlər Kabinetinin yaydığı hesabatda Sakit Okean sahillərində Nankai çökəkliyində 9 bal gücündə zəlzələnin baş verə biləcəyi xatırladılıb və bunun hündürlüyü 10-30 metr arasında dəyişən sunami dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Zəlzələnin qışda və gecə vaxtı baş verəcəyi təqdirdə ölənlərin sayının 298 minə çata biləcəyi bildirilib və ölənlərin əksəriyyətinin sunami səbəbindən baş verəcəyi vurğulanıb. Belə bir ssenari 2,35 milyon binanın dağıdılması və ölkə əhalisinin təxminən 1 faizinə bərabər olan 1,23 milyon insanın təxliyəsi ilə nəticələnə və 270,3 trilyon yen (təxminən 1,81 trilyon dollar) iqtisadi ziyana səbəb ola bilər.

30 İLDƏ BÖYÜK ZƏLZƏLƏ GÖZLƏNİR

Dünyanın ən seysmik ölkələrindən biri olan Yaponiyanın Sakit Okean sahillərində yerləşən Nankai çuxurunda 8-9 bal gücündə zəlzələnin yaxın 80 il ərzində baş vermə ehtimalının təxminən 80 faiz olduğu məlumdur. Belə bir “meqa zəlzələ”nin böyük dağıntılara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar olsa da, mütəxəssislər ehtiyat tədbirlərinin can və mal itkisini azalda biləcəyini bildirirlər.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Qəzzaya etdiyi hücumlarda tamamilə dağılan evlərin sayı 32 min oldu

İntizar Əmirova

Ekvador meşə yanğınları ilə mübarizə aparır

Aynur Camal

Gürcüstan parlamentinin sədri ermənistana səfər etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu