27 C
Baku
27 İyul 2024, 3:34
Dünya

Braziliya fəlakət yaşayır!

Braziliyanın Rio Grande do Sul əyalətində daşqın zamanı çaydan keçən körpü uçub. Ətrafdakı vətəndaşlar həmin anları mobil telefon kameralarına anbaan lentə alıblar. Sel fəlakətində həyatını itirənlərin sayı 39-a yüksəlib.

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı getdikcə ağırlaşır. Rio Grande do Sul Mülki Müdafiədən verilən açıqlamaya görə, sel fəlakətində həyatını itirənlərin sayı 39-a yüksəlib.

Əyalətin paytaxtı Porto Aleqri də daxil olmaqla 235 fərqli nöqtəni təsir edən daşqın səbəbindən ən az 24 min insan evlərini tərk edib.

Ştat qubernatoru Eduardo Leite açıqlamasında, “Çətin günlər olacaq. İnsanlardan evlərini tərk etmələrini xahiş edirik. Məqsədimiz həyatları xilas etməkdir. Bəzi şeyləri itirəcəyik, amma həyatı qorumalıyıq. Bizim prioritetimiz insanları xilas etməkdir. ” Leite bunun “əyalətdəki ən böyük fəlakət” olduğunu və Rio Grande do Sulun “müharibə vəziyyətində” olduğunu ifadə edib.

Ştatda böyük fəsadlar törədən sel nəticəsində küçələr çaya çevrilib, yollar, körpülər dağılıb. Santa Mariya ştatının Palma şəhərində çay üzərindəki körpü uçub. Həmin anlar ətrafdakı insanların mobil telefon kameralarına saniyə saniyə əks olunub.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ saxladığı bombaları İsrailə göndərməyə başladı

Aynur Camal

SON DƏQİQƏ: İran ordusu Zəncan yolu ilə Azərbaycana doğru hərbi texnika cəmləşdirir?

Aynur Camal

Yayda süd məhsullarını necə faydalı edək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu