23 C
Baku
18 Sentyabr 2025, 17:28
Dünya

Braziliyada daşqın nəticəsində ölənlərin sayı yüksəldi

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 76-ya, itkin düşənlərin sayının isə 103-ə yüksəldiyi bildirilib.

Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində həftənin əvvəlindən təsirli olan yağışlardan sonra meydana gələn daşqınlar can və mal itkisinə səbəb olub.

Ştatın Mülki Müdafiəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 76-ya, itkin düşənlərin sayının isə 103-ə yüksəldiyi qeyd edilib.

Təbii fəlakət bölgəsinə ikinci dəfə səfər edən prezident Luiz İnasio Lula da Silva bölgəyə humanitar yardımın çatdırılmasında heç bir maneənin olmadığını açıqlayıb.

Uçmuş yolların və ictimai binaların yenidən tikiləcəyini vurğulayan Lula da Silva, “Bürokratiya bu vilayəti geri almağımıza mane ola bilməyəcək. Allaha dua edirəm ki, bir daha yağış yağmasın” deyib.

Yerli mətbuatın məlumatına görə, 421 min insan daşqınlardan mənfi təsirlənib, 115 şəhərdə telefon və internet xidmətləri göstərilməyib.

Evlər və torpaqlar su altında qaldığından minlərlə insan şəhərləri tərk edib.

Hələ də çatmaq mümkün olmayan şəhərlər olduğundan, ölənlərin və itkin düşənlərin sayının daha da artacağından qorxurlar.

Rio Grande do Sul qubernatoru Eduardo Leite mayın 3-də verdiyi açıqlamada hələ də çata bilmədikləri ərazilərin olduğunu bildirib və “Hədsiz dərəcədə müstəsna bir vəziyyətdən keçirik. Bu kritik hadisə deyil, dövlətin tarixində ən dağıdıcı hadisədir” deyə o, aşağıdakı ifadələri işlədib.

Leite faciənin böyüklüyünə görə 180 gün ərzində “fəlakət vəziyyəti” elan etdiklərini və insanların təxliyəsi üçün ciddi səy göstərdiklərini bildirib.

Mənbə: Ntv.Tr

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Turist qayığı batdı: 9 nəfər öldü, 70 nəfər yaralandı

Aynur Camal

Papanın İsrailin Qəzzaya hücumları üçün “terror” ifadəsini işlətdiyi bildirildi

Kəmalə Sultan

“Şiddətli quraqlıq səbəbindən 15 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu