25 C
Baku
27 İyul 2024, 4:41
Dünya

Kral Çarlz tacqoymanın birinci ildönümünü qeyd edir

İngiltərə kralı III Çarlz çətin bir ildən sonra bu gün tacqoymasının birinci ildönümünü qeyd etdi.

Son zamanlar kral ailəsinin səhhətində yaranan problemlər səbəbindən rəsmi tədbirlər planlaşdırılmayıb. Xərçəngin növünü açıqlamayan 75 yaşlı Kral anası II Elizabetin ölümündən sonra taxta çıxdı.

İngiltərə kralı III Çarlz, xərçəng diaqnozu qoyulduğu və ayrıldığı oğlu Şahzadə Harri ilə gərginliyin davam etdiyi çətin bir ildən sonra bu gün tacqoymasının birinci ildönümünü qeyd etdi.

Onun taxta çıxmasının birinci ildönümü ilə əlaqədar Londonun mərkəzində və İngiltərənin digər yerlərində paradların keçirilməsi planlaşdırılırdı.

Lakin son vaxtlar kral ailəsinin səhhətində yaranan problemlər səbəbindən rəsmi tədbirlər planlaşdırılmayıb. Kral Çarlz dövlət işlərinə qayıtdıqdan bir həftə sonra onun tacqoymasının bir illik yubileyi qeyd olundu.

Kral Çarlz həkimləri müalicə prosesindən “çox məmnun olduqlarını” dedikdən sonra ilk ictimai vəzifəsi olaraq çərşənbə axşamı günü London xəstəxanasında xərçəng xəstələrini ziyarət etdi.

Bir il əvvəl Kral Çarlzın tacını qoyan Kenterberi arxiyepiskopu Castin Uelbi onun “vəzifə hissini” tərifləyərək dedi: “Keçən il krala bir sıra böyük şəxsi çətinliklər təqdim etdi. Bütün bu çətinliklərə baxmayaraq öz vəzifəsini yerinə yetirməsi məni təəccübləndirir. Bu onun paylaşmağa açıq olması, başqalarına kömək etmək və dəstəkləmək istəyini nümayiş etdirir” deyib.

Kral Çarlzın oğlu və varisi Şahzadə Uilyam və onun həyat yoldaşı, Uels şahzadəsi Ketrin Böyük Britaniyada aparılan sorğuya görə kral ailəsinin ən populyar üzvləridir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

TikTok bağlanma təhlükəsi ilə üz-üzə qaldı

Nigar Məmmədova

Pakistanın keçmiş baş naziri İmran Xan həbs edildi

Teymur Əziz

Qəzzadan gələn 11 min şagird distant təhsilə yazıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu