25 C
Baku
27 İyul 2024, 4:41
Siyasət

Braziliyada Qəzza ilə bağlı sözlərə görə prezidenti impiçment etmək istəyirdilər

Bugun.tv xəbər verir ki, 100-dən çox braziliyalı deputat İsrailin Qəzza zolağındakı hərəkətləri barədə söylədiyi sözlərə görə ölkənin hazırkı prezidenti Luiz İnasio Lula da Silvanın impiçmentini dəstəkləyib. Bu barədə Braziliya Deputatlar Palatasının üzvü Karla Zambelli X sosial şəbəkəsində məlumat verib.

Zambelli hazırkı prezidentə impiçment elan etmək istəyən 108 deputatın siyahısını dərc edib. Bu da palata üzvlərinin ümumi sayının beşdə birini təşkil edib.

Qanunverici həmçinin braziliyalıları təşəbbüsü dəstəkləmək üçün parlamentariləri ilə əlaqə saxlamağa çağırıb.

Deputatların ümumi sayının üçdə ikisi (513 nəfərdən 342-si) impiçmentin lehinə olarsa, o zaman ərizə baxılmaq üçün Federal Senata təqdim olunacaq. Onun qərarına əsasən, prezident vəzifəsindən kənarlaşdırıla bilər.

Bundan əvvəl Braziliya prezidenti Qəzzada baş verənləri Holokostla paralel apararaq soyqırım adlandırıb. İsrailin baş naziri Benyamin Netanyahu və XİN-i İsrael Katz Lula da Silvanın bəyanatını tənqid edib. Onu İsrailin özünümüdafiə haqqını inkar etməkdə və yəhudi xalqına zərər verməyə çalışmaqda ittiham ediblər. İsrail Braziliyanın başçısını persona non-qrata elan edib.

Mübir Qaytən Qasımzadə

Mənbə lenta.ru

 

Bugün TV

Oxşar xəbərlər

İ.Əliyev: “Qarabağda qanunsuz erməni birləşmələri və cinayətkarlar qalır”

Nigar Məmmədova

Naxçıvanda dövlət qurumlarına aid ilk rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürüldü

Bugün TV

Prezident İlham Əliyev: “Azərbaycan önəmli tranzit ölkəyə çevrilib”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu