25 C
Baku
27 Sentyabr 2023, 15:01
Dünyaİqtisadiyyat

Brent markalı neftin bir barelinin qiyməti 83,78 dollar oldu

Bugun.tv xəbər verir ki, ötən gün 83,45 dollar olan Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:49-da  0,40 faiz artaraq 83,78 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 79,62 dollardan alıcı tapıb.

Neftin qiymətinin artmasına dünyanın ən böyük neft istehlakçısı ABŞ-da tələbin olduğunu göstərən məlumatlar və dolların ucuzlaşması səbəb olub.

ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 6 milyon barrel azalaraq 439 milyon 700 min barrelə düşdüyünü açıqladı. Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 300 min barrel azalaraq 216 milyon 200 min barel olub.

Müxbir: İntizar Əmirova

 

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu