23 C
Baku
10 İyun 2025, 23:08
DünyaKriminal

Britaniya kral ailəsinin internet saytı kiberhücuma məruz qaldı

Bugun.tv xəbər verir ki, Britaniya kral ailəsinin rəsmi saytı kiberhücumun hədəfinə çevrilib. Təxminən saat yarım ərzində kiberhücum səbəbindən daxil ola bilməyən səhifə günorta saatlarında yenidən istifadəyə verilib. Hücumda kimin məsuliyyət daşıdığının bilinmədiyini bildirən mənbə bunun haker hücumu olmadığını və internet saytının sistemlərinə və ya məzmununa girişin mümkün olmadığını bildirib. Rusiyanın “Killnet” haker qrupu kral ailəsinin saytına DDoS (Distributed Denial of Service) hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Aprelin 19-da Böyük Britaniya Baş nazirinin müavini Oliver Dowden verdiyi açıqlamada Rusiyaya bağlı haker qruplarının Böyük Britaniyadakı bizneslərə qarşı kiberhücum planları barədə xəbərdarlıq edib.

Müxbir: Şəms Elnurqızı

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Ordunun vəziyyəti fəlakətlidir, əsgərlər bir-birini öldürür”

Aynur Camal

Qızıl tapançalı qatili axtarılır! “O, Türkiyəyə qaçmış ola bilər” iddiası

Aynur Camal

Zaqatalada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu