DünyaKriminal

Britaniya kral ailəsinin internet saytı kiberhücuma məruz qaldı

Bugun.tv xəbər verir ki, Britaniya kral ailəsinin rəsmi saytı kiberhücumun hədəfinə çevrilib. Təxminən saat yarım ərzində kiberhücum səbəbindən daxil ola bilməyən səhifə günorta saatlarında yenidən istifadəyə verilib. Hücumda kimin məsuliyyət daşıdığının bilinmədiyini bildirən mənbə bunun haker hücumu olmadığını və internet saytının sistemlərinə və ya məzmununa girişin mümkün olmadığını bildirib. Rusiyanın “Killnet” haker qrupu kral ailəsinin saytına DDoS (Distributed Denial of Service) hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Aprelin 19-da Böyük Britaniya Baş nazirinin müavini Oliver Dowden verdiyi açıqlamada Rusiyaya bağlı haker qruplarının Böyük Britaniyadakı bizneslərə qarşı kiberhücum planları barədə xəbərdarlıq edib.

Müxbir: Şəms Elnurqızı

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu