Baş xəbərDünya

Britaniya Kralı: II Dünya müharibəsinin faciələri bu gün də təkrar olunur

Bugun.tv “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Britaniya Kralı hazırda davam edən müharibə və silahlı münaqişələrin bəşəriyyət üçün ağır fəsadlarını qeyd edib. Onun sözlərinə görə, Avropada döyüşlər 1945-ci ilin mayında başa çatsa da, Yaponiya ilə münaqişə ABŞ tərəfindən Xirosima və Naqasakiyə atom bombaları atıldıqdan sonra həmin il avqustun 15-də yaponların təslim olmaq niyyətini bildirənə qədər davam edib. III Çarlz müharibənin son günlərinin Xirosima və Naqasaki üçün böyük fəlakət gətirdiyini deyib, heç bir xalqın bu faciəni bir daha yaşamaması üçün dua edib. Kral III Çarlz ilə birlikdə kraliça Kamilla, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Yaponiya səfiri və Milli Anım Xidmətinin veteranları müharibənin son üç ayında həlak olanların xatirəsini yad ediblər.

Bugün TV

Oxşar xəbərlər

Kolumbiyada prezident seçkilərində Trumpın dəstəklədiyi namizəd qalib gəldi

Aynur Camal

263 nəfərlik dağ kəndi yeni qonşular axtarır: Ev təmirinə 100 min avroya qədər dəstək veriləcək

Aynur Camal

Məşhur şirniyyat şəbəkəsindən “yeməyin” xəbərdarlığı: Dünya Kuboku üçün hazırlanmış məhsulda allergen aşkarlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu