Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın NATO ölkələrinə hücum etməyə hazırlaşdığına dair məlumatı yoxdur.
Associated Press-in (AP) Britaniya hərbi qurumundakı mənbəyə istinadən yaydığı məlumata görə, London Rusiya Prezidenti Vladimir Putinin NATO ilə birbaşa qarşıdurmaya can atmadığı qənaətindədir. Mənbə adının açıqlanmasını istəməyib.
Məlumata əsasən, Britaniya tərəfi Rusiyanın NATO ölkələrinə hücum planının olduğuna dair konkret göstəricilərə malik deyil.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl dəfələrlə Moskvanın NATO dövlətlərinə hücum etmək niyyətində olmadığını bildirib. Rusiya tərəfi eyni zamanda NATO-nun Avropadakı hərbi fəaliyyətinin genişlənməsindən narahatlığını ifadə edib.
Moskvanın açıqlamalarına görə, Rusiya NATO ilə dialoqa hazırdır, lakin bunun bərabərhüquqlu əsasda aparılmasını və Avropada hərbiləşmənin dayandırılmasını istəyir.
Qeyd edək ki, bu açıqlamalar Avropada Rusiya ilə NATO arasında mümkün hərbi qarşıdurma ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib. Eyni zamanda NATO-nun yüksək rütbəli komandirlərindən biri Rusiyanın Ukrayna müharibəsi fonunda daha çox riskə getdiyini bildirib.
Mənbə: Associated Press
