11 C
Baku
26 Fevral 2026, 17:52
DünyaSiyasət

Britaniyanın xarici işlər naziri Çinə səfərini təxirə saldı

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə səfərini qeyri-müəyyən bir tarixə təxirə salıb.

Bugun.tv xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, buna səbəb çinli həmkarı Qin Qanqın ictimai məkanda olmamasıdır.

Mənbənin məlumatına görə, Kleverlinin səfəri iyulun sonuna planlaşdırılıb.

Agentlik qeyd edib ki, hazırda hər iki tərəf yüksək vəzifəli məmurların görüşməsi üçün alternativ tarixlər axtarır.

Britaniya Xarici İşlər Nazirliyi isə bu barədə şərh verməkdən yayınıb.

Qeyd edək ki, Qin Qanq sonuncu dəfə iyunun 25-də Rusiya, Şri-Lanka və Vyetnam rəsmiləri ilə görüş keçirərkən ictimaiyyət qarşısında görünüb.

Bugün TV

Oxşar xəbərlər

Rusiya Zaporijya bölgəsində Rizdvyanka kəndinin nəzarətini ələ keçirdi

Aynur Camal

İran Çindən “CM-302” hipersonik gəmisavar raketləri alır

Aynur Camal

Braziliyada şiddətli yağışlar: sel qurbanlarının sayı 46-ya çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu