Bugun.tv xəbər verir ki, ABŞ-da aparılan bir araşdırmaya görə, ürək xəstələrinin yüzdə 50-də yaxınlaşan böhran bir gün əvvəl açıq əlamətlərlə təsbit edilə bilər.
ABŞ-ın Los-Anceles şəhərindəki Smidt Ürək İnstitutunda aparılan yeni bir araşdırma, infarktın bir gün əvvəl siqnal verə biləcəyini ortaya qoydu.
“Lancet Digital Health” elmi jurnalında dərc olunan nəticələrə görə, infarktdan əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə döş qəfəsində ağrı hiss olunur.
Hər iki cinsdə görülən, lakin digərləri qədər yaygın olmayan xəbərdarlıq əlamətlərinə qıcolmaya bənzər hadisələr və anormal tərləmə daxildir.
Tədqiqatçılar düşünürlər ki, bu əlamətləri başa düşmək həkimlərə və xəstələrə 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər.
Tədqiqat qrupuna rəhbərlik edən Summet Chugh, “Təcili yardım çağırışlarında fərdlər üçün xəbərdarlıq əlamətlərindən istifadə etmək erkən müdaxilənin və ölümlə nəticələnməsinin qarşısını ala bilər”, – deyib.
Chugh və komanda 18 ilə 85 yaş arasında olan xəstələri əhatə edən iki ayrı araşdırmanın məlumatlarını təhlil edirlər. Bu tədqiqatlarda xəstələr qəfil ürək dayanması keçirmiş insanlar olur. Xəstələrin böhrandan əvvəlki simptomları araşdırılıb.
İki qrupu müqayisə etmək üçün tədqiqat qrupu oxşar xəbərdarlıq əlamətləri göstərən, lakin infarkt keçirməyən insanlara da baxıb.
Nəticədə, ürək xəstələrinin yarısında cinsiyyətə əsaslanan xəbərdarlıq əlamətlərinin bir gün öncə bəlli olduğu müəyyən edilib.