DünyaHadisə

Bu aviabaza bomba təhlükəsi səbəbindən boşaldıldı

Bugun.tv xəbər verir ki, Yaponiyanın paytaxtı Tokionun qərbində yerləşən Yokota hava bazası bomba təhlükəsi səbəbiylə boşaldılıb. Aviabazaya giriş-çıxışlar bağlanıb. Baza şəhərciyindəki bəzi binalardakı zabitlər və ABŞ və Yaponiya mülki işçiləri təxliyə edilib. 374-cü Hava Hərəkəti Qanadının qərargahı tamamilə boşaldılıb.

Təxminən 3 saat davam edən təhlükəsizlik yoxlamaları nəticəsində bazanın təhlükəsiz şəkildə xidmətə davam edə biləcəyi məlumatı paylaşılıb. Hərbçilər və mülki şəxslər öz postlarına qayıtdıqları üçün aviabazanın giriş və çıxışları yenidən açılıb. Qeyd edək ki, Yokota Hava Bazasında təxminən 14.000 əsgər yerləşdirilib.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu