10 il əvvəl Şimali Koreyadan Cənubi Koreyaya qaçan şəxs qəribə üsulla ölkəsinə qayıtmağa çalışıb. Şimali Koreya ilə sərhəddə avtobusu oğurlayaraq barrikadalara salan şəxs sərhədçilər tərəfindən tutulub.
Şimali Koreyalı hər şeyi tərsinə çevirdi. 10 il əvvəl Cənubi Koreyaya sığınan Şimallı avtobus oğurlayaraq ölkəsinə qayıtmağa çalışıb.
Cənubi Koreyanın Yonhap xəbər agentliyi 30 yaşlı kişinin oğurlanmış avtobusla tam sürətlə körpüyə girdiyini və sərhədçilərin “saxla” əmrinə tabe olmadığını yazıb. Avtobusu barrikadalara çırpılan şəxs Şimali Koreyaya getmək istədiyini bildirib.
Cənubi Koreya sərhədçiləri tərəfindən tutulan şəxs Cənubi Koreyada yaşayışın bahalığından bezdiyini və buna görə də Şimali Koreyaya qayıtmağa çalışdığını bildirib. Şimali Koreyadan qaçan bir çox insan geri qayıtmağı planlaşdırmasa da, bu adamın hərəkəti təəccüblü olub.
Digər tərəfdən iyun ayında hesabata görə təxminən 34 min Şimali Koreyalı Cənubi Koreyadan sığınacaq istəyib. Cənubi Koreyanın Birlik Nazirliyi 2022-ci ildə 30-a yaxın qaçqının Şimala qayıtdığını bildirib.
Mənbə: TGRT