15 C
Baku
24 Oktyabr 2025, 1:38
Baş xəbərSəhiyyə

Bu dietik məhsulda 4 nəfər öldü! Mütəxəssislər xəbərdarlıq edir!

Bugun.tv xəbər verir ki, Yaponiyada “Beni-koji” pəhriz əlavəsinin qəbulu səbəbindən həyatını itirənlərin sayı 4-ə yüksəlib.

Kobayashi Pharmaceutical Co. şirkətindən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji”ni qəbul edən daha 2 nəfər ölüb. Mərhumlarda böyrək xəstəliyinin əlamətləri olduğu bildirilərkən, onlardan birinin 2021-ci ildən, digərinin isə 2022-ci ildən bu dərmanlardan istifadə etdiyi vurğulanıb.

Həyatını itirənlərin ölüm səbəblərinin müəyyən edilməsi üçün araşdırmaların davam etdiyi açıqlanıb.

Şirkət “Beni-koji” istehlak edən 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyini bəyan edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Mikroavtobus arxadan yük maşınına çırpılıb: 5 nəfər öldü

Aynur Camal

Göyçay sakini şəxsi torpağından istifadə edə bilmir

Aynur Camal

60 ilin Kinematoqrafçılar İttifaqı – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu