meteor yağışı, Epsilon Perseidləri, ulduz axını, 9 sentyabr, 10 sentyabr, astronomiya, kosmos xəbərləri, gecə səması
Hadisə

Bu gecə səmada meteor yağışı müşahidə ediləcək

Bugun.tv xəbər verir ki, sentyabrın 9-dan 10-na keçən gecə səmanı müşahidə edənlər nadir və sürətli meteor axınlarından biri olan Epsilon Perseidlərini görmək şansı əldə edəcəklər.

TASS-ın məlumatına görə, meteor yağışı sentyabrın 5-dən 21-dək aktivdir və onun ən yüksək aktivlik mərhələsi məhz 9–10 sentyabr gecəsi gözlənilir. Astronomların hesablamalarına əsasən, saatda təxminən səkkizədək meteor müşahidə etmək mümkündür.

Mütəxəssis Yevgeni Burmistrovun sözlərinə görə, Epsilon Perseidləri nisbətən zəif meteor axını olsa da, meteorların hərəkət sürəti çox yüksəkdir və saniyədə təxminən 64 kilometrə çata bilər.

Bu meteor axınının mənşəyi isə hələ tam müəyyən edilməyib. Alimlər onun naməlum uzunperiodlu kometlə əlaqəli ola biləcəyini düşünürlər.

Yer həmin kometin orbitində qalan toz hissəciklərinin arasından keçərkən onlar atmosferə daxil olur və sürtünmə nəticəsində yanaraq səmada parlaq izlər yaradır.

Müşahidə üçün ən əlverişli şərait işıq çirklənməsinin az olduğu yerlərdir. Buna görə şəhərdən kənar ərazilərdə meteorları görmək daha asan ola bilər.

Mənbə:  TASS

Aynur Camal

Oxşar xəbərlər

İndoneziyanı kül bürüdü: Anak-Krakatau vulkanı püskürdü

Aynur Camal

Meşə yanğınları Cənub-Şərqi Asiyanı zəhərli dumana bürüdü

Aynur Camal

Tuneldə doqquz gün qalan iki işçi sağ xilas edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu