5 C
Baku
15 Dekabr 2025, 5:12
Baş xəbərSosial

Bu gün görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi tamam olur

Bugun.tv xəbər verir ki, bu gün görkəmli oftalmoloq Zərifə Əziz qızı Əliyeva anadan olub.

O 1923-cü il aprelin 28-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə oranı bitirmişdir. Sonra o, Moskvada Mərkəzi Tibb Təhsili İnstitutunda oftalmologiya üzrə ixtisas kursunu bitirib.

1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində elmi tədqiqatlar silsiləsi üçün, Professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək – SSRİ Tibb Elmləri Akademiyasının Akademik M.İ. Averbax mükafatına layiq görülüb. O, bu mükafatı alan ilk qadın alim olub.

Zərifə xanım Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin həyat yoldaşı olub, Prezident İlham Əliyevin anasıdır.

Aynur Camal

Oxşar xəbərlər

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

Aynur Camal

“Tehrandakı səfirliyə hücum edən şəxs ruhi xəstədir”

Aynur Camal

Yanvarın 14-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu