17 C
Baku
27 Oktyabr 2025, 2:40
Baş xəbərSiyasət

“Bu gün bütöv Azərbaycanın və regionun diqqəti Əbu-Dabiyə yönəlib”

“Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşü regionda sülh, sabitlik və inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır”.

Bugun.tv-xəbər verir ki, bu barədə millət vəkili Ülviyyə Həmzəyeva öz şərhində yazıb.

Niyə məhz BƏƏ?

“Çünki bu ölkə indiyədək neytrallığını qoruyaraq beynəlxalq hüquq normalarına hörmət göstərən və Cənubi Qafqazdakı maraqları ilə qlobal dəyərlər arasında balans yaratmağı bacaran bir aktor kimi tanınıb. Əmirliklərin obyektivliyi danılmazdır və bu da birbaşa, etibarlı dialoq üçün əlverişli mühit formalaşdırır.

Biz sülh istəyirik və sülhün tərəfdarıyıq. Son dövrlərdə atılan addımlar da göstərir ki, proseslər məhz bu istiqamətdə inkişaf edir. Ermənistanda baş verən son hadisələr, cəmiyyətin və rəhbərliyin dəyişən yanaşmaları bu gedişatın təsdiqidir.

Baxmayaraq ki, Nikol Paşinyan zahirən sadə görünür, onun davranışları və qərarları göstərir ki, o, bölgədə reallıqları qəbul etməyə və Ermənistanı asılı vəziyyətdən çıxarıb müstəqil qərarlar verə bilən dövlətə çevirməyə çalışır. Bəli, o hələ də müəyyən dairələr tərəfindən “təlxək” kimi qələmə verilsə də, əslində daxildə reformator xətti ilə irəliləyir.

Düşünürəm ki, sonda o da Azərbaycanın diqtə etdiyi reallıqları qəbul edəcək və öz xalqına qəbul etdirəcək. Əks halda, onların olmayan və uğrunda savaşdıqları Azər­bay­can torpaqlarında itirilmiş canların ruhu qarşısında aciz qalacaq. Sülh, özünü əhv etdirməyin ən doğru yoludur!

Unutmayaq: Sülhə gedən yol həmişə çətin, amma şərəflidir.

Azərbaycan daim danışıqlara və sabitliyə üstünlük verib. Keçmişin nifrətini deyil, gələcəyin ümidi və rifahını əsas tutaraq irəli baxmaq zamanıdır.

Zəngəzur dəhlizini açmaq zamanıdır!”.

Ülviyyə Həmzəyeva Milli Məclisin deputatı
Aynur Camal

Oxşar xəbərlər

“Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı – VİDEO

Bugün TV

Prezident Ekvador Respublikasının milli bayramını təbrik etdi

Aynur Camal

İtaliyanın Etna dağından lava axını davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu