Baş xəbərMədəniyyət

“Mədəniyyətlərimizin müxtəlifliyi fonunda belə gözəl oxşarlıqlar tapmaq çox maraqlı oldu”

Bugun.tv– xəbər verir ki, “Sağlamlığın Qorunması” İB-nin rəhbəri, tibb elmlər doktoru Yazgül Abdiyeva Berlində 35-ci Qlobal Qadın Sammitində iştirak edib.

O bu barədə öz sosial media hesabında  paylaşım edib.

Yazgül Abdıyeva Berlində keçirilmiş 35-ci Qlobal Qadın Sammiti çərçivəsində tanış olduğu Kambocanın Qadın İşləri Naziri və Kamboca Milli Qadınlar Şurasının sədri Dr. ING Kantha Phavi ilə görüşünün yadda qalan və çox xoş olduğunu vurğulayıb.

O həmçinin qeyd edib ki, söhbətimiz zamanı ölkələrimizin milli dəyərləri, qadınların cəmiyyətdəki rolu və ortaq bənzərliklər barədə səmimi fikir mübadiləsi apardıq. Mədəniyyətlərimizin müxtəlifliyi fonunda belə gözəl oxşarlıqlar tapmaq çox maraqlı idi.

“Görüşümüzün sonunda mənə ölkəsinin milli ornamentləri ilə bəzədilmiş gözəl bir şərf hədiyyə etdi. Bu incə və dəyərli jest üçün ona təşəkkür edirəm. Eyni zamanda mən də ona Azərbaycanın milli dəyərlərindən biri olan kəlağayı hədiyyə etdim” deyə t.e.d Y.Abdıyeva bildirib.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu