Baş xəbərDigər

İsrail ordusu mülki şəxsləri bombaladı

Terror dövləti İsrailə məxsus döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərində bir evə təşkil etdiyi hava hücumunda 3-ü qadın olmaqla 4 nəfər həyatını itirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Rəfahın qərbində Tel Sultan məhəlləsində bir evi hədəf alıb.

İlkin məlumata görə, hücumda 3-ü qadın olmaqla 4 nəfər ölüb.

Qatil İsrail ordusunun Qəzzaya bugünkü hücumlarında həyatını itirən fələstinlilərin sayı 5-i uşaq, 10-u qadın olmaqla 25-ə yüksəlib.

Digər tərəfdən, şahidlərdən alınan məlumata görə, terror dövləti İsrailə məxsus döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinin qərbindəki əkinçilik sahələrini və Zewayde bölgəsinin qərbindəki mülki yaşayış məntəqələrini bombalayıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan-Aİ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub

Aynur Camal

Yazgül Abdiyeva: Yeni dərs vəsaiti oftalmologiya sahəsində mütəxəssislər üçün faydalı mənbə olacaq

Aynur Camal

Azərbaycan Polisinin 108 illiyi qeyd olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu