Baş xəbər

Bu gün məktəblərdə “Son zəng”dir

“Hər bir sonluq bir başlanğıca atılan addımdır” deyirlər.

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng”dir. Bəli, uşaqlığımızın ən çılğın, ən qayğısız məktəb illəri…

Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.

Bu gün də belə günlərdən biridir. Bu il 92 min şagirdimiz məzun olur, məktəbə “əlvida” deyib, yeni həyata yol alırlar.

Bizdə Bugün.tv olaraq bütün məzunlara uğurlar arzulayır, “Yolunuz işıqlı olsun!” deyirik!

 

Aynur Camal

Oxşar xəbərlər

Ötən gün ərzində baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Saman kisələrində 66 kilo 684 qram narkotik vasitə aşkar edildi

Bugün TV

 Çin qlobal yerləşdirmə sistemi BeiDou üçün kosmosa 2 peyk göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu