27 C
Baku
18 İyun 2025, 19:48
Baş xəbərDünya

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir

Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi qeyd olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

Xatırladaq ki,  Mustafa Kamal Atatürkün baş komandanlığı ilə 1922-ci ilin 26 avqustunda başlayan müharibə 30 avqustda Dumlupınarda qələbə ilə nəticələndi.

Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.

İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.

Aynur Camal

Oxşar xəbərlər

Bu tarixi əsər İtaliyadan geri alındı

Bugün TV

AZƏRBAYCAN-GÜRCÜSTAN STRATEJİ TƏRƏFDAŞLIĞI: REGİONAL SABİTLİK VƏ QLOBAL ƏMƏKDAŞLIQ NÜMUNƏSİ

Aynur Camal

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu