Görkəmli şərqşünas alim Vasim Məmmədəliyev və qardaşı tarzən, Xalq artisti Vamiq Məmmədəliyvin 79 yaşı tamam olur. Azərbaycan radiosunda Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilib.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Anar Tağıyev Facebook hesabında verib.
Onun sözlərinə görə, görkəmli tarzən bir zamanlar bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyevanı müşayiət edib. 1989-cu ildə İsveçdə keçirilən “Falun Folkmusic Festival” folklor festivalda uğurla çıxış edərək 1-ci yerə layiq görülür və digər Avropa ölkələrinə dəvətlər alıb.
Eyni zamanda, Vamiq müəllim Azərbaycan Dövlət Televiziyada yayımlanan “Muğam Müsabiqəsi- 2025” -də münsiflər heyətinin üzvüdür.
Biz də Bugun.tv saytı olaraq görkəmli tarzənimizi təbrik edir, ona uzun ömür can sağlığı arzulayırıq.
Mənbə: Facebook