25 C
Baku
23 İyun 2025, 13:58
Mədəniyyət

Bu gün Vamiq Məmmədəliyvin 79 yaşı tamam olur

Görkəmli şərqşünas alim Vasim Məmmədəliyev və qardaşı tarzən, Xalq artisti Vamiq Məmmədəliyvin 79 yaşı tamam olur. Azərbaycan radiosunda Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilib.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Anar Tağıyev Facebook hesabında verib.

Onun sözlərinə görə, görkəmli tarzən bir zamanlar bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyevanı müşayiət edib. 1989-cu ildə İsveçdə keçirilən “Falun Folkmusic Festival” folklor festivalda uğurla çıxış edərək 1-ci yerə layiq görülür və digər Avropa ölkələrinə dəvətlər alıb.

Eyni zamanda, Vamiq müəllim Azərbaycan Dövlət Televiziyada yayımlanan “Muğam Müsabiqəsi- 2025” -də münsiflər heyətinin üzvüdür.

 

Biz də Bugun.tv saytı olaraq görkəmli tarzənimizi təbrik edir, ona uzun ömür can sağlığı arzulayırıq.

 

 

 

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Ankarada Xurşidbanu Natəvanın 190 illiyi keçirilib

Nigar Məmmədova

Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 27 minə yaxın müraciət qeydə alındı

Aynur Camal

Bakıda Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu