Baş xəbərSosial

Bu il daha 9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

Bugun.tv-xəbər verir ki, 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 9,2 min işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.

Proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir.

Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.

Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ, Çin və Rusiya liderlərinin birgə Bəyannaməsi dekorativ xarakterlidir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan Vyetnama qeyri-neft məhsullarının ixracını artıra bilər

Aynur Camal

Seymur Nəsirov Qahirədə beynəlxalq simpoziumda Azərbaycanı təmsil edib – gənc istedadların üzə çıxarılmasının əhəmiyyətindən danışıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu