Baş xəbərMədəniyyət

Bu ilkə hər kəs imza atacaq!!!

Orijinal təqdimatlarla tanınan FS FİLM COMPANY şirkətinin bu dəfə təqdim etdiyi yeni layihə tam fərqli şəkildə qarşılandı. Yunan əsilli gənc müğənni Nika, sözləri Azərbaycan bayatılarından ibarət və musiqisi Xalq Artisti Niyaməddin Musayevə məxsus “Bu qala daşlı qala” mahnısını tam fərqli və özünəməxsus stildə ifa edərək, artıq kifayət qədər dinləyici ordusu toplamağa müvəffəq olub.

FS FİLM COMPANİ- nin təsisçisi və rejissoru Faiq Nağıyevin yeni tapıntısı olan Yunan qızı, qeyri- adi səs və ifa stili ilə yanaşı, aziat tipli üz quruluşu ilə də diqqət mərkəzindədir.

Bu ilkə hər kəs imza atacaq; belə ki, sosial- məişət məzmunlu, triller, dram üslubunda geniş tamaşaçı auditoriyası toplayan məşhur “Ülkər”, “Səssiz fırtına” filmləri ilə tanınan və sevilən, özünəməxsus təkrarlanmaz ideyalarla zəngin istedadlı rejissor Faiq Nağıyev, Nikanın yaxın gələcəkdə triller janrlı ekran əsərlərində yer alacağı barədə fikir söyləyib.

P.S.. Xəbəri izləməkdə davam edin ki, yaxın zamanda hər kəsin sevimlisinə çeviriləcək ulduz Nika haqqında daha geniş məlumatlarla tanış ola biləsiniz!

Video bu linkdədir: Video burada Aynur Nurlu

Aynur Camal

Oxşar xəbərlər

120 gün su altında yaşadı! O, adını Ginnesin Rekordlar Kitabına yazdırdı

Aynur Camal

Müasir Azərbaycan tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Aynur Camal

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu