25 C
Baku
27 İyul 2024, 6:48
Dünya

Bu mağaraya girən adam sağ çıxa bilməz! Alimlər bunun səbəbini araşdırdılar

Kosta-Rikadakı bu maraqlı mağara kiçik olsa da, ora daxil olan istənilən canlının ölümünə səbəb olur. Bu səbəblə Ölüm Mağarası olaraq bilinən kiçik mağaranın təsiri elm adamları tərəfindən araşdırılır.

Poas vulkanının kənarında yerləşən la Cueva de la Muerte (Ölüm mağarası) cəmi 2 metr dərinliyində və 3 metr uzunluğundadır.

Bu, onu sığınacaq axtaran həşəratlar, quşlar və kiçik heyvanlar üçün zahirən rahat bir sığınacaq halına gətirir.

Ancaq görünüş aldadıcı ola bilər, çünki bu kiçik mağaraya girmək demək olar ki, ani ölümlə nəticələnəcək.

Balaca mağara adi gözlə zərərsiz görünsə də, rəngsiz, qoxusuz, dadsız və eyni zamanda son dərəcə zəhərli bir qaz olan dəm qazı ilə doludur.

Ölüm Mağarasının həqiqətən nə qədər ölümcül olduğunu nümayiş etdirmək üçün yerli bələdçilər mağaranın içərisinə yanan məşəl qoyurlar, oksigen çatışmazlığı və yüksək karbon qazı konsentrasiyası səbəbindən məşəlin dərhal sönməsinə səbəb olur.

Ölüm mağarasındakı karbon qazının haradan gəldiyini heç kim dəqiq bilmir, lakin bəzi tədqiqatçılar bu qənaətə gəliblər ki, qazın üzvi təbiəti onun Yerin maqmasında yüksək temperatur və təzyiqə məruz qalan mineral yataqlarının nəticəsi olduğunu deməyə əsas verir.

Mağaranın aktiv vulkanın yaxınlığında yerləşməsi də qazla bağlı ola bilər.

 Bir şey əmindir ki, elm adamları la Cueva de la Muerte-nin hər saatda təxminən 30 kq karbon qazı istehsal etdiyini tapdılar.

Girişə çox yaxınlaşan işçi özünü pis hiss etməyə başlayıb və bu da ətrafı hərtərəfli yoxlamağa səbəb olub.

Bu kiçik mağaranın ölümcül xüsusiyyətləri tikinti zamanı təsadüfən aşkar edilib.

Ölümcül şöhrəti ölüm mağarasını ziyarətçilərin girmədiyi bir neçə mağaradan birinə çevirdi. Ölüm mağarasında insanların həyatlarına dəyər verdikləri təqdirdə oraya girməmələri barədə xəbərdarlıq edən müxtəlif işarələr var, lakin kiçik və dar giriş insanların mağaraya daxil olmasını çox çətinləşdirir.

Bundan əlavə, konsentrasiya edilmiş karbon qazı (təmizlik təxminən 80-90 faiz) tez-tez mağara döşəməsinin dibində qalır və onu kiçik heyvanlar üçün daha ölümcül edir. Mağaraya daxil olduqdan bir neçə dəqiqə sonra bütün canlılar boğulmağa başlayır.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağışlar 11 nəfərin həyatına son qoydu

Bugün TV

Dəhşətli partlayış! Ölənlər və yaralananlar var

Aynur Camal

BMT: Qəzzada yarım milyon insan “fəlakətli” aclıqla üzləşib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu